İŞİD-in Türkiyə ordusuna qarşı planı
Bizi izləyin

Dünya

İŞİD-in Türkiyə ordusuna qarşı planı

Gizlənən terrorçular Türkiyəyə qarşı yeni plan qurublar.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanına Əl-Bab şəhərində İŞİD-ə qarşı keçirdiyi əməliyyatdan sonra terrorçular gizlənməyə başlayıb.

Publika.az
xəbər verir ki, gizlənən terrorçular Türkiyəyə qarşı yeni plan qurublar.

Təslim olan İŞİD üzvlərinin etirafları nəticəsində məlum olub ki, məktəb, xəstəxana, məscid binalarında gizlənən terrorçular həmin əraziləri kameraya köçürür.

Məlumata görə, İŞİD videoya çəkdiyi binaların görüntülərini yayaraq, həmin obyektlərin onlar tərəfindən istifadə olunduğu, Türkiyənin Əl-Bab əməliyyatının uğursuz olduğu haqqında ictimai rəy yaratmaq istəyir.

Türkiyə ordusu bu planın qarşısını almaq üçün hərəkətə keçib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm