Dünya
Putin qəzəbləndi: "Səfirimiz alçaqcasına qətlə yetirilib" - - VİDEO
"Ankaradakı səfirimiz Andrey Karlov alçaqcasına qətlə
yetirilib".
Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
"Sözsüz ki, bu hadisə iki ölkə arasındakı münasibətlərin
normallaşmasının və Suriyadakı sülh prosesinin pozulmasına yönələn
təxribatdır. Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və
İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər -
beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi.
Rusiya İstintaq Komitəsində artıq baş vermiş hadisə ilə bağlı
cinayət işi açılıb", - deyə Rusiya prezidenti qeyd edib.
V. Putin Rusiya İstintaq Komitəsi nümayəndələrinin tez bir zamanda
Ankaraya gedəcəklərini və türkiyəli həmkarları ilə birlikdə
sui-qəsdin araşdırılmasına birgə iştirak edəcəklərini söyləyib:
"Artıq bu barədə türkiyəli həmkarımla telefon danışığı zamanı
razılıq əldə olunub. Biz bilməliyik ki, qatili ora kim
göndərib".
Rusiya prezidenti mərhum səfirin xatirəsinin əbədiləşdirilməsi ilə
bağlı göstəriş verib. (apa)
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi