Dünya
Mustafa Cəmilov Krıma girə bilmədi
Krımın girişində nəzarət-buraxılış məntəqəsi qurmuş rus
əsgərləri Krım-tatar xalqının lideri Mustafa Cəmilovu yarım adaya
buraxmayıblar.
Mustafa Cəmilov artıq geri Kiyevə qayıdır. Rus əsgərləri onu
qarşılamağa çıxan Krım tatarlarını isə geri yarımadaya
buraxıblar.
Xatırladaq ki, Krımın Armyansk qəsəbəsində krım-tatar xalqının
lideri Mustafa Cəmilovu qarşılayan kütlə ilə rus hərbçilərinin
arasında toqquşma olmuşdu. 1000-ə yaxın Krım tatarı rusların yola
qurduğu barrikadanı yararaq Krım sərhədini keçə bilmişdi. Rusiya
əsgərləri havaya atəş açımışdılar.
Nəzarət-buraxılış məntəqəsində Rusiya OMON-nun 200 silahlı əsgəri
var. Yolu bir tank və 1 zirehli döyüş maşını kəsib.
Rusiya hakimiyyəti Mustafa Cəmilovun Krıma və Rusiyaya girişinə 5
il qadağan qoyub. Öz xalqının vətəninə qayıtması uğrunda mübarizə
aparan Mustafa Cəmilov 15 il sovet həbsxanalarında yatıb. Bu il
Nobel mükafatına onun namizədliyi verilib. /Ans/
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi