Dünya
"Putin şeytana xidmət edir"
Kiyev patriarxı Filaret Rusiya prezidenti Putini şeytana qulluq etməkdə günahlandırıb.
Kiyev patriarxı Filaret prezident Vladimir Putini
və RF rəhbərliyini Ukraynada başladıqları münaqişəni dayandırmağa
və qan tökülməsinin qarşısını almağa çağırıb.
O qeyd edib ki, çoxsaylı təkzibedilməz dəlillər,
beynəlxalq aləmin müşahidəçilərinin də gəldikləri nəticələr də belə
deməyə əsas verir və təsdiq edir ki, baş verən qanlı və terror
hadisələrinin arxasında RF-nin xüsusi xidmətləri dayanır. Baş verən
qarışılıqlara görə, Rusiyanın siyasi rəhbərliyi məsuliyyət daşıyır.
Filaretin belə bir bəyənatını Ukrayna Pravoslav kilsəsinin mətbuat
xidməti yayıb.
“Rusiyanın xüsusi xidmət hissələrinə bu hissələrə
cəlb edilmiş Ukrayna vətəndaşları və Rusiya muzdluları qarşılığın
baş verməsinin miqyasını çoxaldır, qurbanların sayını artırırlar
ki, beynəlxalq təşkilatları Ukrayna vətəndaşının öz vətənindən
narazı olmasına inandırsınlar. Bu kampaniyanın iştirakçıları və
təşkilatçılarına xatırlatmaq istəyirəm ki, yalan yaymaq şeytana
xidmət etməkdir.
Rusiya hakimiyyəti pislik etməklə həqiqəti
gizlədir, onlar Krımı zəbt edərkən də belə etmişdilər. Lakin
Allahın altında haqqı gizlətmək olmaz - O ,hər şeyi görür, hər kəsi
əməyinə görə mükafatlandıracaq. Ona görə də Rusiya hakimiyyətini
qan tökməməyə, bir daha düşünməyə, öz üzərinizə böyük günahlar
götürməməyə çağırırıam”- deyə Filaret öz müraciətini
tamamlayıb.”/anspress
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO