Dünya
Avtobuslarda yeni DİLƏNMƏ ÜSULU - Telefonla danışarkən...
Ötən gün Türkiyənin İzmit şəhərində qəribə olay yaşanıb. Sərnişin avtobusunda mobil telefonu ilə danışarkən ağlayaraq uşağının xəstə olduğunu söyləyən adamı eşidən sürücü sərnişinlərdən ona yardım etmələrini istəyib.
"Hurriyet" xəbər verir ki, sərnişinlərin köməyi ilə 480 lirə toplanaraq ağlayan kişiyə verilib.
Kocaeli Avtobus və Mikroavtobus Kooperativinin başçısı Mustafa Kurt isə insanların duyğularından istifadə edən şəxsin fırıldaqçı olduğunu, sürücülərin və vətəndaşların diqqətli olmağını istəyib:
"16 yanvar - bazar ertəsi günü "53" nömrəli xəttimizdə bir vətəndaş avtobusa minib. Yanında uşağıyla birlikdə və uşağının ağzında maska var idi. Avtobus dolduqdan sonra telefonla biriylə danışır və başlayır ağlamağa. Ağlayınca uşağının xəstə olduğunu deyib. Buna dözə bilməyən bizim sürücü bu yoldaşa kömək niyyəti ilə sərnişinlərdən pul yığır və ona verir. Biz araşdırma apardıq. Bu adam və ya bunun kimilərinin sərnişinlərin sıx olduğu xətlərə minərək eyni metoddan istifadə edərək fırıldaqçılıq etdiyini təsbit etdik. İnsanlar ona mərhəmət duyaraq kömək məqsədli dəstək oldular, amma onun fırıldaqçı olduğu ortaya çıxdı". (milli.az)
-
MDB11:46
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
Sosial11:38
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək