Dünya
İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb
İraqın Tikrit şəhərində Prezident Sarayının ərazisində 98 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.
Publika.az APA-ya
istinadən xəbər verir ki, İraq xüsusi xidmət orqanları bu şəxslərin
İŞİD terror təşkilatının qurbanları olduğunu bildirib.
Ehtimal edilir ki, öldürülənlər 2014-cü ilin ortalarında İraqın
şimal və şərqində böyük bölgələr ələ keçirən İŞİD-in təqibindən
qaçmağa çalışan əsgərlərdir. Həmin vaxt İŞİD 1700 əsgərin edam
edildiyini, 800 sünni əsgərin isə "bağışlandığı"nı bəyan
etmişdi.
Qeyd edək ki, Tikrit 2015-ci ilin martında azad edilib. İndiyə
qədər şəhərdə bir neçə kütləvi məzarlıq aşkarlanıb.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ