GÖRÜNMƏMİŞ QƏDDARLIQ: Arvadına 8 bıçaq vurdu, hirsi soyumadı... - - FOTO
Bizi izləyin

Dünya

GÖRÜNMƏMİŞ QƏDDARLIQ: Arvadına 8 bıçaq vurdu, hirsi soyumadı... - - FOTO

Ailə münaqişəsi cinayətlə nəticələnib.

Konyada ailə münaqişəsi cinayətlə nəticələnib.

Publika.az xəbər verir ki, psixoloji problemləri olduğu deyilən 45 yaşlı Ahmet Balçı həyat yoldaşı, 1 uşaq anası, 43 yaşlı Nevin Balçını bıçaqlayıb.

Hadisə dünən gecə baş verib. Səbəbsiz yerə başlayan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Ər ələ keçirdiyi bıçaqla həyat yoldaşına 8 zərbə vurub. Bununla da hirsi soyumayan Ahmet onun qolunu qırıb və evdən qaçıb.

Uşağın hadisəylə bağlı xəbər verməsindən sonra polis və tibb işçiləri hadisə yerinə gəlib.

Qadına dəyən bıçaq zərbələrindən biri kürəyinə tuş gəldiyi üçün bəzi daxili orqanları zədələyib. Xanım Balçı ifadəsində ərinin psixoloji problemləri olduğunu və tez-tez evdə mübahisə düşdüyünü bildirib.

Səbəbkar isə yaxınlıqdakı polis şöbəsinə gedərək əməlini etiraf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm