Dünya
Osmanlı Bankını tutub müstəqillik istəmişdi - Gizli tarix
Birinci Dünya Müharibəsinin başlanmasından 100 il keçdi. Tarixçilər artıq 1913-cü ildəki dünyanı və yaşanan intriqaları açıqlamaqdan, qiymətləndirməyə başlayıblar. Karles Emmerson da onlardan biridir. "1913: Böyük müharibə əvvəli dünya" ("1913: en Search of the World Before the Great War") kitabını keçən ay satışa çıxaran tarixçi müharibə əvvəli prosesləri və imperialist dövlətlərin istismar səylərini izah edir.
Kitabda Osmanlı İmperiyasının niyə zəifləməyə başladığı və necə çökdürüldüyü də indiki böyük güclər üçün bir təcrübə nümunəsi kimi qiymətləndirilir.
Tarixçiyə görə, Avropa ölkələri arasında dayanmayan güc çəkişməsi, kommunist inqilabının baş vermə qorxusu, Balkanlardakı şiddət, inkişaf etmiş dövlətlərə böyük köç dalğalarının başlaması, İranın geopolitik mövqeyinin əhəmiyyət qazanması, böyük neft ehtiyatlarına malik olduğu aydın olan Orta Şərqin və səlib yürüşlərindən sonra yenidən müsəlmanların əlinə keçən Qüdsün Osmanlı İmperiyasından qoparılmasının vacib hesab olunması, Çinin oyanmağa başlaması Birinci Dünya Müharibəsinin əsl səbəbi idi.
Türkiyənin "Milliyet" qəzeti kitabla bağlı yazısında yazır ki, Çanaqqala döyüşünün qazanılmasına baxmayaraq, müharibənin yeganə məğlubunun Osmanlı dövlətinin olduğu illər sonra məlum aydın olacaqdı.
"Avstriya-Macarıstan İmperiyası da müahribə sonrası tamamilə silindi, amma bu bölgədə bənzər dövlətlər yenidən yaradıldı. Məğlub Almaniya belə illər sonra yenidən əvəvlki sərhədlərinə qaytarıldı. 1898-ci ildə ingilis siyasətçisi Lord Salisburi dövlətlərin həyatının da Darvin nəzəriyyəsinə uyğun inkişaf etdiyini iddia edirdi. Salisburi Osmanlı İmperiyası və Çin xanədanlığının Darvinin gücsüzlərin ayırd edilməsi nəzəriyyəsinə uyğun olaraq yox olacaqlarını bildirirdi. 1820-ci ildə Yunanıstan, 1860-cı ildə Serbiya, 1878-ci ildə Bolqarıstan və Bosniya müstəqilliklərini qazanmış, ingilislərin Kipr işğalının qarşısını almaq mümkün olmamışdı. 1880-ci ildən sonra Misir ingilislərin orbitinə daxil edilmişdi. 1911-ci ildə italyanların Tripoli və Benqazini işğal cəhdləri zamanı isə Misir üzərindən qoşun göndərməyimizə ingilislər icazə vermədi", - qəzet yazır.
"Milliyet" qeyd edir ki, 1908-ci ildə Osmanlıda islahat işləri başlasa da, İmperiyanın bir ildə çıxardığı kömür, İngiltərənin bir gündə çıxardığı kömür qədər idi:
"İmperiyanın dəmir yolu şəbəkəsi Belçikadan az idi, Hindistandan isə on dəfə az idi. Hər şeydən əvvəl dövlətin maliyyə idarəçiliyi xarici bankirlərə keçmişdi. 1896-cı ildə bir erməni qrupu Osmanlı Bankını işğal edərək müstəqillik istəmişdi. Çinin vəziyyəti isə Osmanlıdan daha pis idi. Ruslar 1860-cı ildə Mançuriyanın əhəmiyyətli bir hissəsini ələ keçirdilər. 1884-cü ildə fransızlar Çinin bütün dəniz gücünü məhv edəndə cəmi 5 nəfər itki vermişdi. İngilislər Birma və Tibeti aldılar. İndi isə Çin dünyanın ən böyük gücü olmağa namizəddir".
Ömər Dağlı
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı











.jpg)












.jpg)









