Bütün əcnəbi məhkumlar ölkədən çıxarılacaq - VƏD
Bizi izləyin

Dünya

Bütün əcnəbi məhkumlar ölkədən çıxarılacaq - VƏD

Bütün əcnəbi məhkumlar ölkədən çıxarılacaq.

Fransa prezidentliyinə radikal sağçı namizəd Marin Le Pen cinayət və qanun pozuntusuna görə həbs olunan bütün əcnəbilərin ölkədən xaric ediləcəyinə dair vəd verib.

Publika.az xəbər verir ki, M.Le Pen, həmçinin öz seçicilərinə seçkilərdə qalib gələcəyi təqdirdə ölkəni İslam fundamentalizmi və qloballaşmadan qoruyacağına söz verib.

"Parçalanma artıq sağçılar və solçular arasında deyil, vətənpərvərlər və qlobalçılar arasındadır", - deyə M.Le Pen bildirib.

Namizəd İslam fundamentalizmi və iqtisadi qloballaşmanı totalitarizmin iki forması adlandırıb: "Bu iki idealogiya Fransanı diz üstündə çökdürmək istəyir".

O əlavə edib ki, müsəlman qadınların üzlərini örtən baş geyimindən istifadəsi, o cümlədən küçələrdə ibadətlər qəbuledilməzdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm