Avtobus yük maşını ilə toqquşdu - 13 nəfər öldü
Bizi izləyin

Dünya

Avtobus yük maşını ilə toqquşdu - 13 nəfər öldü

Ağır yol qəzası baş verib.

Banqladeşin cənub-qərb bölgəsində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Bxanqa yaşayış məntəqəsi yaxınlığında avtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Toqquşmadan sonra hər iki avtomobil yanıb. İlkin versiyaya əsasən, sərnişin avtobusunun sürücüsü idarəetməni itirib və avtobus qaz balonları daşıyan yük maşınına çırpılıb.

Məlumata görə, qəza zamanı avtobusda olan 12 sərnişin və yük maşınının sürücüsü ölüb. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm