Rusiya təyyarələrinə səhv koordinat verənlər tapıldı – TELEFON QEYDLƏRİ
Bizi izləyin

Dünya

Rusiya təyyarələrinə səhv koordinat verənlər tapıldı – TELEFON QEYDLƏRİ

Əsəd və İran Rusiya ilə Türkiyənin münasibətlərini pozmaq istəyir.

Təhlükəsizlik üzrə mütəxəssis, keçmiş kəşfiyyatçı Mete yarar Əl-Babda türk əsgərlərinin Rusiya təyyarələri tərəfindən vurulması ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Publika.az
xəbər verir ki, M.Yarar Rusiyanın aldadıldığını iddia edib.

“Əldə etdiyim məlumatlara görə, Rusiyaya manipulyasiya edilib. Bu, bir tələdir. Əsəd və İran Rusiya ilə Türkiyənin münasibətlərini pozmaq istəyir. Türk əsgərlərinin olduğu bölgənin Rusiyaya İŞİD hədəfləri kimi göstərilməsi ehtimalı böyükdür. Rusiyaya səhv koordinatları Əsəd və İran verə bilər. Türkiyə ordusunun dinlədiyi telefon söhbətində də Əsəd və İrana bağlı güclərin Rusiyaya yalan məlumat verdiyi eşidilir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm