Dünya
Keçmiş prezidentin yerini deyənə 30 min dollar MÜKAFAT
Peru hakimiyyət orqanları keçmiş prezident Alejandro Toledonun həbsinə gətirib çıxaracaq informasiya üçün 30 min dollar mükafat təyin edib. Bundan əvvəl hakim 20 milyon dollarlıq rüşvət ittihamı ilə keçmiş prezidentin həbsinə order verib.
Milli.Az BBC-yə istinadən xəbər verir ki, Toledo hökumət kontraktlarının verilməsi müqabilində Braziliyanın Odebrecht tikinti firmasından rüşvət almaqda ittiham olunur. Onun özü bu itihamları rədd edir. Peru rəsmiləri inanırlar ki, o, hazırda ABŞ-ın San Fransisko şəhərindədir və İsrailə səfər etməyə hazırlaşır.
2001-2006-cı illərdə prezident olmuş Toledo San Fransisko yaxınlığındakı Stanford Universitetində mühazirə oxuyur və onun arvadı Eliane Karpın İsrail vətəndaşlığı var. O, ABŞ və İsrail hökumətlərinə artıq rəsmi müraciət edilib.
Odebrecht firmasına gəlincə isə, onunla bağlı çox böyük rüşvət qalmaqalı ABŞ Ədliyyə Nazirliyi tərəfindən araşdırılır. Firma nazirliklə cəzanın yüngülləşdirilməsi müqabilində Latın Amerikası boyunca 800 milyon dollar rüşvət verdiyini etiraf edib. Firma, həmçinin Peruda 2005 və 2014-cü illərdə kontraktlar almaq məqsədilə 29 milyon dollar rüşvət verdiyini bildirib.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?