Dünya
Kiyev Rusiyanı hədələdi: “Unudulmayacaq dərs verməyə hazırıq”
“Ukrayna hakimiyyətinin qarşısında duran əsas məsələ ölkənin ərazi bütövlüyünün qorunması və müvəqqəti işğal edilmiş ərazilərin azad edilməsidir”.
Publika.az – ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirlər prezident səlahiyyətlərinin müvəqqəti icraçısı, Ali Rada sədri Aleksandr Turçinovun bəyanatında yer alıb.
Ali Rada sədri Rusiya prezidenti Vladimir Putinin dünənki bəyanatını şərh edib: “Ukrayna hakimiyyəti heç vaxt ölkənin şərqində cəza əməliyyatları keçirməyib. Güc strukturları terrorçular və diversantlara qarşı əməliyyat çərçivəsində vətəndaşların sağlamlığını müdafiə edir. Hansı ki, onlar vətəndaşlarımızı öldürür, işgəncə verir və oğurlayırlar. Ölkənin ərazi bütövlüyünü qorumalı və müvəqqəti işğal edilmiş əraziləri azad etməliyik”.
A.Turçinov vahid Ukraynanın inkişafı üzrə konkret məsələlər barədə danışmaq istəyənlərlə dialoqa hazır olduqlarını bildirib. Amma o, terrorçularla danışıqların aparılmayacağını deyib.
Ukrayna prezidenti səlahiyyətlərini icra edən A.Turçinov faşizim üzərində qələbə münasibəti ilə Ukrayna ərazisində təşkil olunacaq tədbirlərdə Rusiya tərəfinin təxribatlara hazırlaşması barədə ölkə əhalisini xəbərdar edib.
A.Turçinov rusların təxribatlarına sərt formada cavab verəcəklərini bildirib. "Əgər ruslar fikirlərindən daşınmazsa, biz onlara çox sərt formada cavab vermək iqtidarındayıq, onlara unuda bilməyəcəkləri bir dərsi verməyə tam hazırıq”, - Ali Rada sədri deyib.
Ömər Dağlı
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO