Səkkiz minlik haker ordusu qurulub – SOS
Bizi izləyin

Dünya

Səkkiz minlik haker ordusu qurulub – SOS

Koreya Xalq Demokratik Respublikasında (KXDR) peşəkar hakerlərin sayı səkkiz minə yaxınlaşır.

Publika.az xəbər verir ki, bu haqda Cənubi Koreya İnstitutunun məlumatlarına istinadən “Renxap” agentliyi bildirib.

Tədqiqatın nəticələrinə əsasən, yalnız Koreya Əmək Partiyası və Koreya Xalq Ordusunun himayəsi altında 1,7 min haker var. Bundan başqa, ölkədə kiberhücumların aparılması üzrə peşəkar olan və altı min mütəxəssisi birləşdirən on köməkçi təşkilat işləyir.

Agentliyin məlumatına görə, Cənubi Koreyanın yüzlərlə diplomatı və təhlükəsizlik xidmətinin əməkdaşının smartfonları bir neçə ay KXDR-in haker qruplaşmasının hücumuna məruz qalıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm