Dünya
Le Pen Kremldə: Putin Qərbi öz silahı ilə vurur
Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə Fransada prezidentliyə namizəd, “Milli Cəbhə” partiyasının lideri Marina Le Peni qəbul edib.
Publika.az “TASS”-a istinadən xəbər verir ki, Vladimir Putin
görüşdə Fransa ilə münasibətlərə böyük önəm verdiklərini açıqlayıb:
“Biz bərabər münasibətləri dəstəkləyirik. Həm hakimiyyət, həm də
müxalifət nümayəndələri ilə münasibətlər saxlayırıq”.
Putin Fransada prezident seçkiləri kampaniyası haqda danışarkən
qeyd edib ki, Rusiya seçkilərə təsir etməyə hazırlaşmır.
“Lakin biz bütün siyasi qüvvələrlə ünsiyyət qurmaq hüququmuzu
saxlayırıq. Necə ki, bunu ABŞ, həmçinin, Avropadakı tərəfdaşlarımız
edir”, - deyə o bildirib.
Görüşdə konkret nələrin müzakirə edildiyi açıqlanmayıb.
Le Pen Putindən öncə Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodinlə
görüşüb.
Qeyd edək ki, Le Pen Moskva ilə münasibətlərə xüsusi önəm
verilməsini dəstəkləyir, həmçinin, Rusiyaya qarşı sanksiyaların
ləğvini tələb edir. O, prezident seçiləcəyi təqdirdə Fransanı
NATO-dan çıxaracağını açıqlayıb.
Asif
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri