Dünya
Amerika və Rusiya dənizdə üz-üzə gəldi - MÜHARİBƏYƏ HAZIRLIQ?
“Qara dənizdə olan ABŞ hərbi gəmiləri potensial təhdiddir. Gəmilərdə hansı növ raketlərin olduğu məlum deyil”.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Son olaraq ABŞ “USS Carter Hall” hərbi gəmisi martın 17-də İstanbul boğazından keçərək təlimlərdə iştirak etmək üçün Rumıniya sahillərinə gedib. “Soyuq müharibə”dən bu yana ilk dəfə Rusiya sərhədinə hərbi texnika və şəxsi heyət cəmləyən ABŞ son olaraq Rumıniyanın Qara dəniz sahilində Köstence limanındakı "Mixail Koqalniceanu" hərbi hava bazasında əsgərlərin sayını artırıb, çoxlu sayda tank göndərib.
NATO-ya cavab verəcəklərini elan edən Rusiya prezidenti Vladimir Putin isə Rusiya ilə quru sərhədi olmayan və Avropanın mərkəzində yerləşən Kalininqrad vilayətində S-300 zenit-raket sistemləri və “İsgəndər” raketlərini yerləşdirib. Rusiya həmçinin Polşa sərhədində da qoşun yerləşdirib.
Ömər Dağlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."