İŞİD terrorçuları Mosulu tərk edən dinc sakinlərə atəş açdı - - VİDEO
Bizi izləyin

Dünya

İŞİD terrorçuları Mosulu tərk edən dinc sakinlərə atəş açdı - - VİDEO

İŞİD terror qruplaşmasının nəzarətində olan rayonlardan insanların evakuasiyası təhlükəlidi.

İraqın güc strukturları Mosulda yaşayan əhalini şəhərdən çıxmaq üçün təhlükəsiz dəhlizlər yaradıb. İŞİD dəhlizlə hərəkət edən dinc sakinlərin arxasınca atəş açıb.

Publika.az xəbər verir ki, informasiya İraq federal polisi tərəfindən yayılıb.

"Biz insanları şəhərdən çıxartmaq üçün xüsusi təhlükəsizlik keçidləri yaratmışıq. Keçidlər vasitəsilə yerli əhali gecə saatlarında belə şəhərdən çıxarılıb. Amma İŞİD terror qruplaşmasının nəzarətində olan rayonlardan insanların evakuasiyası təhlükəlidi. İŞİD şəhərin arxa tərəfindən çıxmaq istəyən insanlara atəş açır"-deyə İraq federal polisinin 5-ci diviziyasının komandiri Şaker-əl Xavadşe bildirib.

2016-cı ildə ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələrinin dəstəyi ilə İraq təhlükəsizlik orqanları Mosulun şərq hissəsini terror qruplaşmalarının əsarətindən azad edib.

Fevral ayının ortalarında İraqın baş naziri Heydər-əl Əbadi şəhərin qərb hissəsinə hərbi əməliyyatlar keçirilməsi barədə bəyanət verib. Ayın 24-də İraq hərbi qüvvələri qərb istiqamətindən şəhərə daxil olmuşdular.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm