FHN: Peterburqda törədilən terror aktı nəticəsində xəstəxanalara 51 nəfər yerləşdirildi
Bizi izləyin

Dünya

FHN: Peterburqda törədilən terror aktı nəticəsində xəstəxanalara 51 nəfər yerləşdirildi

4 qadının kimliyi məlum deyil.

Peterburqda metroda törədilən terror aktı nəticəsində xəstəxanalara 51 nəfər yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən bildirilib.

“Xəstəxanalara yerləşdirilən 47 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Hazırda 4 qadının kimliyi məlum deyil”, məlumatda deylir.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova terror aktı nəticəsində 45 nəfərin yaralandığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm