Sankt-Peterburq metrosunda terror aktı törədən şəxsin adı açıqlandı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Sankt-Peterburq metrosunda terror aktı törədən şəxsin adı açıqlandı - FOTO - (YENİLƏNDİ)

Qırğızıstan vətəndaşıdır.

Rusiya İstintaq Komitəsi Sankt-Peterburq metrosunda törədilən terror aktında Akberjon Cəlilovun iştirakını təsdiqləyib.

Ekspert-kriminalistlər “Ploşad Vosstaniya” metrostansiyasında qoyulan və içində bombanın olduğu çantada onun genetik izlərini aşkar ediblər.

11:40

Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti Sank-Peterburqda metroda terror aktı törətməkdə şübhəli sayılan şəxsin adını açıqlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Qırğızıstanın Oş vilayətində anadan olmuş, hazırda Rusiya vətəndaşı olan 22 yaşlı Akberjon Cəlilov terror aktında iştirakda şübhəli bilinir.

Agentliyin həmsöhbətləri əlavə ediblər ki, Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti Rusiya xüsusi xidmət orqanları ilə birlikdə Cəlilovun bütün əlaqələrini araşdırır.

Məlumata görə, Cəlilov altı ildən çoxdur ki, Sankt-Peterburqda yaşayır. İstintaq hesab edir ki, o, “Ploşad Vosstaniya” stansiyasında bombanı qoyaraq oranı tərk edib, sonra isə ”Texnoloji institut” və “Sennaya ploşad” stansiyaları arasında partlayıcı qurğunu işə salıb.

Daha əvvəl isə bildirilirdi ki, güman edilən kamikadzenin şəxsiyyəti müəyyən edilib. Onun 23 yaşlı Qazaxıstan vətəndaşı, tələbə Maksim Arışev olduğu bildirilirdi. Ancaq Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Nurqali Bilisbekov bu səhər bildirib ki, Arişevin terror aktında iştirak versiyası təsdiqlənməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm