Amerikalı general: “İran və Rusiyanı izləyəcəyik”
Bizi izləyin

Dünya

Amerikalı general: “İran və Rusiyanı izləyəcəyik”

Ballistik raket proqramı təcavüzkardır.

İran Birgə hərtərəfli iş planı (SVPD) çərçivəsində öz öhdəliklərini yerinə yetirir, amma onun ballistik raket proqramı təcavüzkardır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın strateji komandanlığının başçısı, general Con Hayten bildirib.

“İran hazırda Birgə hərtərəfli iş planını yerinə yetirir, amma o hələ təcavüzkar ballistik proqramını həyata keçirir. Biz onu izləməliyik”, - o, Senatda dinləmələrdə çıxışı zamanı deyib.

Hayten əlavə edib ki, ABŞ Rusiya, Çin, Koreya Xalq Demokratik Respublikası və İranı bu ölkələrdən gələn təhdidlərlə əlaqədar izləməyə davam edəcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm