Peterburq teraktında şübhəli kimi adı açıqlanan gənc öldü - RƏSMİ
Bizi izləyin

Dünya

Peterburq teraktında şübhəli kimi adı açıqlanan gənc öldü - RƏSMİ

Valideynləri onun cəsədini tanıyıblar.

Rusiyanın Sankt-Peterburq şəhərində partlayışı törədənlərdən biri olduğu ehtimal edilən qazaxıstanlı tələbə Maksim Aşirev xəstəxanada ölub.

Publika.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

"Təəssüflə bildiririk ki, Sankt-Peterburq şəhər administrasiyasının və Rusiya Federasiyasının İstintaq Komitəsinin dəqiqləşdirilmiş məlumatlarına görə, itkin düşdüyü ehtimal edilən Qazaxıstan vətəndaşı Maksim Aşirev 3 aprel 2017-ci ildə Sankt-Peterburqda terror aktı nəticəsində ölüb", - XİN-in məlumatında qeyd edilir.

XİN qeyd edib ki, Aşirevin valideynləri onun cəsədini tanıyıblar. Hazırda onun meyiti Sankt-Peterburqda "Yekaterina" xəstəxanasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm