Qadınlar təyyarədə saçyolduya çıxdı - - VİDEO
Bizi izləyin

Dünya

Qadınlar təyyarədə saçyolduya çıxdı - - VİDEO

Təyyarə hadisə səbəbilə təcili eniş edib.

Baltimor-Los Anceles marşrutu ilə uçan təyyarənin göyərtəsində sərnişinlər arasında dava düşüb.

İki qadın sərnişinin yüksək səslə musiqi dinləyib. Musiqi kənardakı sərnişinləri narahat edib. Narahatlıqlarını bildirən sərnişinlər arasında mübahisə yaranıb.

Publika.az xəbər verir ki, mübahisə edən qadınlar sonradan saçyolduya çıxıblar. 5 qadın sərnişin bir-birini təhqir edərək əlbəyaxa olublar. Qadınların davasına digər sərnişinlər müdaxilə etməyib. Bəziləri həmin hadisəni anbaan lentə alaraq sosial şəbəkələrdə paylaşıb.

Təyyarə hadisə səbəbilə təcili eniş edib. Polis əməkdaşları tərəfindən ifadələri alınan 5 qadın sərbəst buraxılıb.

Publika.az həmin görüntüləri təqdim edir:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm