Putin MDB ölkələri üçün əsas təhdidləri açıqladı
Bizi izləyin

Dünya

Putin MDB ölkələri üçün əsas təhdidləri açıqladı

"Terrorizm təhlükəsi ilə bağlı vəziyyət yaxşılaşmır".

“Təşkil olunmuş cinayətlər, narkotrafik, həmçinin korrupsiya və daxili siyasi vəziyyətə xarici ölkələrin təsiri MDB ölkələrində təhlükəsizlik üçün əsas təhdidlərdir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşündə deyib.

Putin MDB-nin bütün ölkələrini terrorçuların hücumlarının potensial hədəfi adlandırıb.

“Sankt-Peterburq metrosundakı partlayış təsdiq edir ki, terrorizm təhlükəsi ilə bağlı vəziyyət yaxşılaşmır. Bütün MDB ölkələri, praktik olaraq hər kəs terror hücumlarının potensial hədəfidir. Sizin qarşısınızda çox mürəkkəb və müxtəlif məsələlər dayanıb. Mənim üçün qeyd etmək çox xoşdur ki, əməkdaşlıq effektiv inkişaf edir”, - deyə Rusiya prezidenti vurğulayıb.

O əminliyi ifadə edib ki, MDB-nin xüsusi xidmət orqanlarının başçıları qarşılıqlı əməkdaşlığın qiymətini anlayırlar və bu əməkdaşlığı daha da inkişaf etdirəcəklər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm