Rusiya və İran ABŞ-a xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Rusiya və İran ABŞ-a xəbərdarlıq etdi

"Hər hansı hücuma qarşı cavab veriləcək".

Rusiya, İran və Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən qrupların yaratdığı qərargah ortaq bəyanat yayıb.

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bəyanatda Suriyada aviabazaya raket zərbəsi endirməklə ABŞ-ın Suriyada “qırmızı xətt”i keçdiyi bildirilir. Eyni zamanda bundan sonra Suriyaya qarşı hər hansı hücuma qarşı cavab veriləcəyi vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm