Saakaşvilidən Donbas barədə RADİKAL TƏKLİF
Bizi izləyin

Dünya

Saakaşvilidən Donbas barədə RADİKAL TƏKLİF

"İtirilmiş ərazidir və Ukraynadan divarla ayrılmalıdır".

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Donbasın işğal edilmiş ərazisinin ölkənin digər hissəsindən müvəqqəti divarla ayrılması təklifi ilə çıxış edib.

Publika.az xəbər verir ki, siyasətçi bu haqda feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, ölkə korrupsiyaya qalib gələndən və sürətli inkişaf etməyə başlayandan sonra işğal edilmiş ərazilər mütləq qaytarılacaq.

“Amma ərazilərin daha sürətli qaytarılması üçün dəyişikliklər ilk növbədə Kiyevdə olmalıdır”, - o əlavə edib.

Xatırladaq ki, analoji təkliflər daha əvvəl müğənni və aktyor Antina Muxarski çıxış edib. Onun sözlərinə görə, Luqansk və Donetsk vilayətlərinin işğal edilmiş hissələri itirilmiş ərazidir və Ukraynadan divarla ayrılmalıdır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm