Əsəd Trampı təhqir ETDİ
Bizi izləyin

Dünya

Əsəd Trampı təhqir ETDİ

Suriyanın cavabı olduqca sərt olub.

Suriya Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Bəşər Əsədi heyvan adlandırmasına cavab verib.

Publika.az
xəbər verir ki, Suriyanın cavabı olduqca sərt olub.

“Siz, özünüz bir heyvansıznız deyə, hər kəsin sizin kimi olduğunu düşünməyin. Bəşər Əsəd suveren bir ölkənin dövlət rəhbəridir və xalq tərəfindən seçilib. Onun necə olduğunu Suriya xalqı deyə bilər, Tramp yox”, - deyə Suriya XİN rəhbərinin köməkçisi Eyman Sosan deyib.

Ekspertlər Suriyanın açıqlamasını “müharibəyə səbəb olacaq sözlər” deyə qiymətləndiriblər.

Qeyd edək ki, Tramp Əsəd haqda belə demişdi: “Əgər Rusiya işə qarışmasa və bu heyvanı (Əsəd) dəstəkləməsəydi, hazırda belə bir problem yox idi”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm