Dünya
Türkiyənin baş naziri referendumda səs verdi
Türkiyənin baş naziri Bineli Yıldırım ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendumda iştirak edib.
Publika.az report.az-a istinadən bildirir ki, baş nazir Gölcüklər rayonundakı Adnan Olcay orta məktəbi ərazisindəki 1085 saylı seçki məntəqəsinə gələrək səs verib.
Burada baş naziri böyük izdiham qarşılayıb. Bineli Yıldırım jurnalistlərə açıqlamasında "Vətəndaşlıq vəzifəmizi icra etdik. İndi də iş-gücümüzlə məşğul olacağıq. Bu gün Türkiyənin 81 vilayətinin hər yerində vətəndaşlarımız dinclik-qardaşlıq içində səslərini verirlər. Seçki qutuları açıldıqca nəticələr çıxacaq. Nəticə nə olursa-olsun, başımızın tacıdır. Millətimizin verdiyi qərar ən gözəl qərardır" - deyə bildirib.
Qeyd edək ki, bu gün Türkiyədə ölkə konstitusiyasına
düzəlişlərlə bağlı referendum keçirilir. Ölkənin şərq əyalətlərində
seçki məntəqələri Bakı vaxtı ilə 08:00-da, digər regionlarında
seçki məntəqələri 1 saat gec, Bakı vaxtı ilə 09:00-da açılıb. Seçki
məntəqələri saat 18:00-a qədər işləyəcək.
Ölkə tarixində sayca yeddinci olan referendum konstitusiyanın 18
maddəsinə düzəliş edilməsini nəzərdə tutur.
Referendum üzrə 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO