Ərdoğan parlamenti buraxacaq? - RƏSMİ CAVAB
Bizi izləyin

Dünya

Ərdoğan parlamenti buraxacaq? - RƏSMİ CAVAB

“Seçkilər 2019-cu ilin noyabrında keçiriləcək”

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan parlamenti buraxmağı və növbədənkənar seçkiləri keçirməyi planlaşdırmır.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirin müavini Mehmet Şimşək bildirib.

“Seçkilər 2019-cu ilin noyabrında keçiriləcək”, - Şimşək agentliyə deyib.

Qeyd edək ki, dünən Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm