Moskva separatçı qurumu “Putinin NATO-su”na üzv edir
Bizi izləyin

Dünya

Moskva separatçı qurumu “Putinin NATO-su”na üzv edir

“Rusiya Abxaziya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əməkdaşlığını alqışlayardı”.

Publika.az “RİA-Novosti” bunu Abxaziya separatçı qurumuna səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov qurumun “prezidenti” Raul Xacimba ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı haqqında danışırıqsa, biz tamhüquqlu üzv statusunu almaq üçün Abxaziya Respublikası ilə bu strukturun əməkdaşlığını alqışlayardıq. Amma tamhüquqlu, həmçinin müşahidəçi üzv statusu almaq üçün təşkilata daxil olan bütün dövlətlərin razılığı lazımdır”, - Lavrov söyləyib.

Rusiya xarici siyasət idarəsinin başçısı həmçinin bildirib ki, “Abxaziya Respublikası”nın təhlükəsizliyi ən etibarlı şəkildə təmin edilib.

Qeyd edək ki, KTMT-yə Rusiyadan başqa, Ermənistan, Qazaxıstan, Belarus, Tacikistan və Qırğızıstan daxildir. Təşkilat bəzi hallarda “Putinin NATO-su” adlandırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm