Parisdəki atışmanın görüntüləri yayıldı (YENİLƏNDİ) - - VİDEO
Bizi izləyin

Dünya

Parisdəki atışmanın görüntüləri yayıldı (YENİLƏNDİ) - - VİDEO

Atəş açan şəxs zərərsizləşdirilib.

Parisin mərkəzində baş verən atışma nəticəsində ölən polislərin sayı 2 nəfərə çatıb.

"Report" xəbər verir ki, silahlı insident zamanı yaralanan polis əməkdaşı dünyasını dəyişib.

Bundan əlavə, şəhər metrosunun hadisənin baş verdiyi əraziyə yaxın üç stansiyası – "1 George V", "Roosevelt" və "Champs-Elysees-Clemence" bağlanıb.

***

Fransanın paytaxtı Parisdə atışma nəticəsində bir polis əməkdaşı ölüb, onun həmkarı isə yaralanıb.

Publika.az xəbər verir ki, insident cümə günü axşam, Yelisey çölləri ərazisində baş verib.

Atəş açan şəxs zərərsizləşdirilib.

Polis Departamentinin "Twitter" səhifəsində bildirilir ki, həmin ərazidə əməliyyat aparılır. Əraziyə vertolyot cəlb olunub.

Polis əhalini hadisə yerindən uzaq durmağa çağırıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm