Tramp iki gizli görüş keçirdi
Bizi izləyin

Dünya

Tramp iki gizli görüş keçirdi

Görüş respublikaçı senator Marko Rubio tərəfindən təşkil olunub.

ABŞ prezidenti Donald Tramp Kolumbiyanın iki sabiq prezidenti Alvaro Uribe və Andres Pastrana ilə gizli görüş keçirib.

Publika.az xəbər verir ki, görüş ötən bazar Trampın Floridadakı “Mar-a-Laqo” iqamətgahında baş tutub. Görüş barədə mətbuata heç bir məlumat verilməyib.

Nəşr Kolumbiya KİV-lərinə istinadən qeyd edib ki, görüş respublikaçı senator Marko Rubio tərəfindən təşkil olunub.

Ağ Evin rəsmi nümayəndəsi əvvəlcə görüş barədə suallara cavab verməkdən imtina etsə də, lakin sonradan danışıqların baş tutduğunu etiraf edib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm