Dortmunddakı partlayışın arxasından rusiyalı çıxdı
Bizi izləyin

Dünya

Dortmunddakı partlayışın arxasından rusiyalı çıxdı

Almaniya baş prokurorluğu “Borussiya" klubunun futbolçularına hücumda şübhəli bilinən rusiyalını saxlayıb.

Almaniya baş prokurorluğu “Borussiya" klubunun futbolçularına hücumda şübhəli bilinən rusiyalını saxlayıb.

Publika.az xəbər verir ki, bu TASS agentliyi dövlət ittihamçısının ofisinə istinadən bildirib.

İstintaqın versiyasına görə, cinayətin motivi qazanc olub. Hüquq-mühafizə orqanları hadisəni əvvəlcə terror aktı kimi ixtisaslaşdırmışdı.

Saxlanılan şəxs Almaniya və Ruriya vətəndaşlığı olan 28 yaşlı Sergey B.-dır. O, hücumdan əvvəl 78 min avro xərcləyərək klubun 15 min səhmini internet vasitəsilə alıb. Səhmlərinin dəyərinin əhəmiyyətli düşməsi halında, o 4 milyon avroya qədər ala bilərdi.

Müstəntiqlər müəyyən ediblər ki, şübhəli üç partlayıcı qurğunu avtobusun hərəkət edəcəyi güman edilən yolun kənarındakı kollarda yerləşdirib. Onların hamısı distans partladıcılarla işə salınıb.

Xatırladaq ki, aprelin 11-də Almaniyanın Dortmund şəhərində "Borrusiya" futbol klubunun avtobusunun yaxınlığında partlayış törədilib. Nəticədə Fransanın “Monako” komandası ilə planlaşdırılan görüş təxirə salınıb.

Partlayış nəticəsində iki nəfər yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm