88 min sakin işıqsız qaldı
Bizi izləyin

Dünya

88 min sakin işıqsız qaldı

Ciddi nasazlıq baş verib.

ABŞ-ın San-Fransisko şəhərində 88 min sakin işıqsız qalıb.

Trend-in məlumatına görə, bunu şəhərin meri Ed Li deyib.

"San-Fransiskoda elektrik enerjisinin verilməsində ciddi nasazlıq baş verib, təxminə 88 min sakin zərər çəkib", - Ed Li deyib.

Qəzanın aradan qaldırılması ilə məşğul olan "Pacific Gas and Electric Company" öz növbəsində "Twitter" hesabında bildirib ki, hazırda 15 min sakinə elektrik enerjisinin verilməsini bərpa etmək mümkün olub: "Elektrik enerjisinin verilməsi 15 min sakin üçün bərpa edilib. Biz mümkün olduğu dərəcədə etibarlı və tez işləyirik. Narahatçılıqa görə üzr istəyirik və səbrinizə görə təşəkkür edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm