“Nüvə müharibəsinə nüvə zərbələri ilə...” – ABŞ-a MEYDAN OXUDU
Bizi izləyin

Dünya

“Nüvə müharibəsinə nüvə zərbələri ilə...” – ABŞ-a MEYDAN OXUDU

“Koreya Xalq Demokratik Respublikası sülhsevər dövlətdir, amma ABŞ-dan gələcək təhlükələrdən müdafiə üçün qəti tədbirlər görməyə hazırdır”.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu haqda Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatında deyilir.

“Əgər ABŞ qarşıdurma siyasətini davam etdirmək niyyətindədirsə, sonuna qədər getmək Koreya Xalq Demokratik Respublikasının qəti niyyətidir. Ordumuz artıq aydın şəkildə göstərdi ki, ABŞ-ın bütün zərbələrinə qarşı əks-tədbirlər görüləcək”, - o qeyd edib.

Bəyanatda vurğulanıb ki, Pxenyan ümumi müharibəyə ümumi müharibə, nüvə müharibəsinə nüvə zərbələri ilə cavab verəcək və ölümcül təhlükə ilə qarşıdurmada mütləq qələbə qazanacaq.

“Koreya Xalq Demokratik Respublikası sülhsevər sosializm dövlətidir. Amma müharibədən qorxmur və o qaçmağa çalışmır”, - diplomat əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm