Elçilik mərasimi yasa döndü: 5 nəfəri güllələdi, özü isə... - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Elçilik mərasimi yasa döndü: 5 nəfəri güllələdi, özü isə... - - FOTO/VİDEO

Hadisə ilə bağlı cinayət işi başladılıb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Adanadakı qətliamın təfərrüatı məlum olub.

38 yaşlı Denizhan Dənər ana-atası Adanada olmadığı üçün, 6 ildir istədiyi qızı əməkli vali olan yeznəsi, 2 xalası və 2 əmioğlusunun iştirakı ilə istəməyə gedib. Ailə üzvlərinin "bu qız sənin üçün uyğun deyil" deməsindən qəzəblənən Denizhan Deyər ailə üzvlərini, daha sonra da özünü öldürüb.

***

Türkiyənin Adana şəhərinin Seyhan rayonunda bir mənzildə 6 cəsəd tapılıb. Əməkli vali İsmət Mətinin evində qızistəmə mərasimi yasa dönüb.

Publika.az xəbər verir ki, hadisə yerinə baş verən mübahisə zamanı kürəkən silahla əvvəl evdə olan 5 nəfəri öldürüb, sonra da intihar edib.

Silah səslərinə çıxan qonşular hadisə yerinə təcili tibbi yardım və polis çağırıb. Polislər hadisə yerində 3-ü qadın olmaqla 6 cəsəd tapıblar.

Hadisə ilə bağlı cinayət işi başladılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm