Dünya
Ərdoğan: “Region ölkələri arasında hərbi problemlər...” – VİDEO
Bu gün Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının 25-ci Zirvə toplantısı öz işinə başlayıb.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tədbir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı ilə başlanıb.
O bildirib ki, QDİƏT-ni problemlərin həllində təsirli olan bir quruma çevirmək lazımdır.
“Bu təşkilatın ən böyük müvəffəqiyyəti nədir? Dünyanın ən çətin coğrafiyalarından birində olan bölgə ölkələrini eyni masa ətrafında bir araya gətirmək. Region ölkələri arasında, əlbəttə bəzi siyasi, hətta hərbi problemlər ola bilər. Biz, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını bu problemlərdən nə qədər uzaq tuta bilsək, təşkilatın məhsuldar işini bir o qədər təmin edə bilərik”, - Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan qeyd edib ki, təşkilata üzv ölkələrin öz aralarındakı ticarəti potansialdan çox aşağıdır.
Qeyd edək ki, zirvə toplantısında Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir.
Xatırladaq ki, QDİƏT 1992-ci il iyunun 25-də İstanbulda Azərbaycan da daxil olmaqla, 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə təsis edilib. Hazırda təşkilatda 12 ölkə - Albaniya, Azərbaycan, Türkiyə, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Ukrayna, Ermənistan və Serbiya təmsil olunur.
Ömər Dağlı
-
Hadisə19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin218:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
-
Nida Xəbər 18:30
Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu