Dünya
Pxenyan ABŞ donanmasının qərargahını məhv edəcək: KADRLAR GÖSTƏRİLDİ - VİDEO
Koreya Xalq Demokratik Respublikasının dövlət televiziyası Pxenan-Namdo əyalətinin Pukçxan rayonunun qərb sahilindən ballistik raketin işə salınmasının kadrlarını göstərib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, videomaterialda raketin işə salınması ilə yanaşı, ölkə lideri Kim Çen Inın raket atışını izləməsi göstərilir.
Bu, orta mənzilli “Pukkısson-2” raketinin ikinci sınağıdır. Ötən bazar günü Pxenan-Namdo əyalətinin Pukçxan rayonunun qərb sahilindən buraxılan ballistik raket, Cənubi Koreya hərbçilərinin qiymətləndirməsinə görə, təxminən 500 kilometr məsafə qət edib. Raket Koreya yarımadasının şərq sahilindən 350 kilometr uzaqlıqda, Yaponiyanın xüsusi iqtisadi zonasından kənarda düşüb.
İlk sınaq bu ilin fevralında keçirilib.
Televiziyanın xəbərində xatırlanır ki, raketin malik olduğu uçuş məsafəsi onun Havay adalarına çatmasına imkan verir. Burada ABŞ-ın Sakit okean donanmasının komandanlığı yerləşir. Raketin məhvetmə radiusuna həmçinin Alyaska ştatı düşür.
Ömər Dağlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq