Dünya
Terror aktını İŞİD törədib - YENİLƏNDİ
Böyük Britaniyanın Mançester şəhərində terror aktının kamikadze tərəfindən törədildiyi dəqiqləşib.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Mançester polisindən bildirilir.
İŞİD terror təşkilatının döyüşçüləri terror aktına görə, məsuliyyəti öz üzərinə götürüblər. İraqın internet-portalı "Axbar İraq" xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yerləşdirilib.
Qeyd edək ki, ötən gecə Mançester şəhərində konsert zamanı stadionda baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.
***
İngiltərənin Mançester şəhərində törədilən terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.
İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.
Ömər Dağlı
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi