Dünya
Suriyada hava zərbələri nəticəsində 35 dinc sakin həlak oldu
ABŞ-ın rəhbərlik etdiyi terrorçuluq əleyhinə beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələrinin Suriyanın şərqində İŞİD terrorçularının nəzarəti altına olan şəhərə endirdiyi hava zərbəsi nəticəsində azı 35 dinc sakin həlak olub.
Publika.az xəbər verir ki, Suriyada İnsan Haqlarının Monitorinq Mərkəzinin yaydığı məlumata görə, hava zərbəsi Deyr-ez-Zorun Məyadin şəhərinə endirilib. Yaralılar barəsində məlumat verilmir.
Qeyd edək ki, ABŞ hərbi koalisiya olan Suriya Demokratik Qüvvələrinə dəstək verir. Hərbi koalisiya 2016-cı ilin 6 noyabrından Rakka şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatına başlayıb.
Hələbdən 160 kilometr məsafədə olan şəhər İŞİD terrorçuları tərəfindən 2013-cü ilin martında işğal edilib. Şəhər terrorçuların rəhbəri Əbu Bəkr əl-Bağdadi tərəfindən 2014-cü ildə İŞİD qruplaşmanın paytaxtı elan olunub.
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?