Dünya
Həyatını itirən mədənçidən ÜRƏKDAĞLAYAN MƏKTUB
Manisadakı mədən faciəsində həlak olan bir işçinin ovucundan çıxan məktub hər kəsi qəhərə boğub.
“Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 282 nəfərin öldüyü mədən faciəsində Mədən İşçilərinin Həmkarlar İttifaqının katibi Osman Tutqun xilas etmə əməliyyatı zamanı gördüyü bir mənzərədən danışıb:
“Oradan çıxartdıqları bir cənazədə şəhidin ovucunun içində bir kağız var idi. Kağızda “Oğlum, haqqını halal elə” yazılmışdı. Biz bu dərəcədə qürurlu mədən işçiləriyik”.
Qeyd edək ki, mayın 13-də axşam Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və ardınca yanğın yüzlərlə adamın ölümü ilə nəticələnib.
Məlumata görə, qəza məqamında mədəndə 700-dən artıq fəhlə olub. Onların 282-dən çoxunun öldüyü təsdiq edilir. Onlardan 124-nün şəxsiyyəti müəyyənləşdirilib. Digərlərinin taleyi məlum deyil. Xilasetmə işləri aparılır
Xatırladaq ki, son 73 ildə Türkiyədə 3000-dən çox mədənçi ölüb. 1000-dən artıq adam yaralanıb.
Türkiyə baş naziri Ərdoğan Albaniyaya səfərini təxirə salıb. Hazırda şaxtaya oksigen vurulur ki, yer altında qalan şaxtaçılar boğulmasın.
Vüsal Tağı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq