Dünya
Çavuşoğlu: “İŞİD məğlub edilsə belə, sabah...”
“YPG mövzusunda bizim mövqeyimiz dəqiqdir. Prezidentimiz Vaşinqton səfərindən Türkiyənin narahatlığını dəqiq şəkildə dilə gətirdi”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu təşkil etdiyi mətbuat konfransında deyib.
“YPG-yə verilən silahların Suriyanın gələcəyi üçün nə qədər təhlükəli olduğunu vurğulayırıq. Bir terror təşkilatı ilə mübarizədə YPG kimi bir təşkilatla əməkdaşlığın doğuracağı mənfi nəticələri izah etdik. Avropanın bir çox ölkəsinin də bu mövzuda naharatlığı var. Suriyanın bütövlüyü bərabərliyi baxımından da bu addımlar son dərəcə təhlükəlidir. Bu səhvi tezliklə düzəltmək lazımdır”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.
O bildirib ki, İŞİD bu gün məğlub edilsə belə, sabah başqa terror təşkilatları ortaya çıxa bilər: “Ona görə ən yaxşı həll siyasi həlldir”.
Ömər Dağlı
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi