ABŞ-ın planı necə məhv edilir? - Rusiya bombardmanlarının PƏRDƏARXASI
Bizi izləyin

Dünya

ABŞ-ın planı necə məhv edilir? - Rusiya bombardmanlarının PƏRDƏARXASI

"Harada olmasından asılı olmayaraq vurulacaq".

Rusiya Hərbi-Hava Qüvvələri mayın 29-dan 30-na keçən gecə Rakkanı tərk etməyə çalışan İŞİD terror qruplaşmasının 80-dən çox terrorçusunu məhv edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, döyüşçülər Rakkanın “Suriya Demokratik Gücləri”, ABŞ, Böyük Britaniya və Fransanın hərbi bölmələri tərəfindən mühasirəyə alınmasına baxmayaraq, Fərat çayı vasitəsilə Palmiraya qaçırdılar.

Agentliyin yazdığına görə, bu, döyüşçülərin Rakkadan Palmiraya ilk qaçış cəhdi deyil. Rusiya aviasiyası terrorçuların birinci kolonunu mayın 25-də məhv edib. Mayın 30-u gecəsi isə İŞİD terrorçuları Rakkadan bir neçə marşrut üzrə çıxıblar. İŞİD-in bu cəhdinin qarşısı da Rusiya qırıcıları tərəfindən alınıb.

Dünən isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan RYD-nin silahlı qanadı –red.) İŞİD terror təşkilatı ilə Rakka mövzusunda razılaşdığını bildirib. Onun sözlərinə görə, razılaşmaya əsasən, İŞİD terrorçularının Rakkadan çıxmaları üçün dəhliz açılıb.

“Müdafiə Nazirliyimiz İŞİD-ə Rakkadan çıxmaq üçün dəhliz yaradılması barədə razılaşmanın olduğunu təsdiqləyir. Bu məlumat etibarlı mənbələrə söykənir. Bundan başqa, məlumatın yayıldığı vaxt İŞİD döyüşçüləri Rakkanı tərk edərək Palmira istiqamətində irəlilədilər. Rusiya ordusu İŞİD kolonunu vurdu və buna görə də Palmiraya çatmadılar”, - Rusiya xarici siyasət idarəsinin başçısı bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Lavrov Rusiya hava qüvvələrinin İŞİD-in hərəkətlərini daim izlədiyini və harada olmasından asılı olmayaraq vurulacağını bildirib.

Rusiya xarici siyasət idarəsinin başçısı bununla da İsrail kəşfiyyatı MOSSAD-a yaxın olan “Debka” saytının iddiasını təsdiqləmiş olub. Saytın bir neçə gün əvvəl yazdığına görə, ABŞ Suriyada Rakka əməliyyatı öncəsi İŞİD-lə görüş keçirib. Sayt qeyd edir ki, Pentaqonun məqsədi Rakkanı döyüş olmadan xilas etməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm