Klinton sosial şəbəkələrlə bacarmır
Bizi izləyin

Dünya

Klinton sosial şəbəkələrlə bacarmır

"Bununla təkbaşına bacarmaq mümkün deyil".

ABŞ siyasi xadimi, Demokratlar Partiyasının üzvü Hillari Klinton sosial şəbəkələrin müasir siyasi proseslərə mənfi təsir etdiyini bildirib.

Publika.az xəbər verir ki, xanım siyasətçinin dediyinə görə, hazırda sosial şəbəkələr sürətli əlaqə, informasiyanın daha tez yayılması baxımından əvəzsizdirsə, bir tərəfdən də yalan məlumatlar, yönləndirmələrlə öz xoşagəlməz təsirini göstərir.

Donald Trampın keçmiş rəqibi deyir ki, seçki platformasında da Feysbuk və Tvitterin belə zərərli tərəfləri ilə mübarizə aparmağa çalışmışdı, amma bununla təkbaşına bacarmaq mümkün deyil.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm