Dünya
MKİ növbəti dəfə ifşa olundu – “Pandemiya”
Məşhur "Vikiliks" portalı “Vault 7” nəşrlər seriyası çərçivəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məxfi sənədlərinin növbəti hissəsini dərc edib.
Publika.az xəbər verir ki, məxfi sənədlərin növbəti hissəsi MKİ-nin “Pandemiya” (“Pandemic”) kimi göstərilmiş layihəsini təsvir edir.
Proqram lokal şəbəkə daxilində faylların ötürülməsi prosesində istifadəçilərin kompüterlərini “yoluxdurmağa” imkan verir. Bu halda serverdə ilk fayl dəyişmir, o, məhz ötürülmə prosesində şəklini dəyişir və onun üzə çıxarılmasını çətinləşdirir.
MKİ-nin “Afina” kibercasus alətləri haqqında sənədlərin əvvəlki paketi mayın 19-da dərc edilib. Sənədlərdə MKİ tərəfindən istifadə edilən kibercasusların iki alətindən danışılırdı. "Vikiliks" bundan əvvəl – mayın 5-də MKİ-nin “Arximed" adlı texnologiyasının təsvirini dərc edib.
Xatırladaq ki, “Vikiliks” martın 7-dən “Vault 7” nəşrlər seriyası çərçivəsində MKİ tərəfindən kiberhücumlar üçün tətbiq edilən müxtəlif üsullar haqqında məlumatları dərc etməyə başlayıb. “Dark Matter” (“Tünd materiya”) kimi göstərilmiş MKİ-nin sənədlərinin əvvəlki hissəsi martın 23-də dərc olunub. Martın 31-də dərc edilən “Marble” (“Mərmər”) adlandırılan hissədə 676 fayl var idi. HIVE (“Arı pətəyi”) kimi göstərilmiş əvvəlki hissə aprelin 14-də elan edilmişdi. Aprelin 21-də isə məxfi sənədlərin yeni hissəsi olan “Ağlayan mələk” dərc olunub.
Sənədlərdə qeyd edilir ki, MKİ Apple cihazlarında “kök atmaq” üçün eyni zamanda bir neçə alətdən istifadə edirmiş. Buraya həmçinin “əməliyyat sisteminin sındırılmasına yönəlmiş EFI/UEFI imkanları və utilitləri” də daxildir. Məxfi sənədlərdən aydın olur ki, CİA “Apple”, “Google” və “Microsoft” istifadəçilərini asanlıqla izləyir. 5 min haker ordusu Feysbuk üzərindən insanlara nəzarət edir. Bu metodun CİA ilə Böyük Britaniya kəşfiyyatı “Mi5” birlikdə yaradıb. Məlumata görə, “Samsung” markalı “smart” televizorlar izlənmə üçün ən yaxşı vasitədir. Televizorun qeydə aldığı səs qeydləri avtomatik olaraq CİA-nın mərkəzinə ötürülür.
MKİ-nin haker proqramlarının hazırlamasında Britaniyanın əks-kəşfiyyat xidməti (Mİ5) ilə əməkdaşlıq etdiyi bildirilir.
Qeyd edək ki, “Vikiliks” mənbələrini açıqlamadan müxtəlif xarakterli məxfi sənədlərin internetdə dərci üzrə ixtisaslaşan beynəlxalq qeyri-kommersiya təşkilatıdır.
Ömər Dağlı
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO
-
Hadisə12:00
Azərbaycanın sərhəd bölgələrində TƏHLÜKƏ - VİDEO
-
Ekologiya11:50
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Ekopublika.az10:59
Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? - STATİSTİKA
-
Qoroskop10:47
Şans bu 3 bürcün yanında olacaq
-
Ekologiya10:18
Şimşək çaxdı, leysan yağdı - FAKTİKİ HAVA