Rusiyanın qorxduğu döyüşə HAZIRLIQ BAŞLADI: Moskva seçim qarşısında
Bizi izləyin

Dünya

Rusiyanın qorxduğu döyüşə HAZIRLIQ BAŞLADI: Moskva seçim qarşısında

“Suriya Demokratik Gücləri”nin (SDS) başçılığı ilə Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə keçirilən “Fəratın qəzəbi” əməliyyatı son mərhələyə daxil olub.

Publika.az xəbər verir ki, Livanın “Al Modon” nəşrinin yazdığına görə, ABŞ-ın başçılıq etdiyi güclər şəhərin qərbi və şərqində nəzarət zonasını genişləndirib.

Həmçinin, şəhərin şimalında bir çox yaşayış məntəqəsi azad edilib. Şəhər üç tərəfdən mühasirəyə alınıb, cənub istiqaməti – səhraya çıxış isə açıqdır.

Ramazan ayının başlanması ilə B-52 Amerika bombardmançıları şəhərə onlarla raket atıb. Rakka hazırda əsl cəhənnəmə çevrilib. Şəhərin şimalında qənd zavodunda yerləşən Amerika və Böyük Britaniya artilleriyası şəhərə zərbələr vurur. Rakkanın mülki əhalisi təlaş və qorxu içindədir. İŞİD döyüşçüləri mülki vətəndaşların şəhəri tərk etməsinə icazə vermirlər. Rakkada tibbi personal, dərmanlar, yanacaq, un və elektrik təchizatı demək olar ki, olmadığına görə humanitar vəziyyət əhəmiyyətli dərəcədə pisləşib.

İnsanlar atəş xəttində yerləşən qəbiristanlıqlara giriş çətin olduğu üçün həlak olanları ictimai parklarda dəfn etməyə başlayıblar.

İŞİD isə məğlubiyyəti inkar etməyə çalışır. Terror qruplaşması Filippinin Maravi şəhərinin İŞİD döyüşçüləri tərəfindən tutulması şərəfinə təntənəli yürüş təşkil ediblər. Hesab edilir ki, bu qələbə itkilərin əvəzi olaraq onlara Allah tərəfindən verilib.

Rakkadan alınmış informasiyaya əsasən, SDS və İŞİD gücləri arasında saziş imzalanıb. İddia edilir ki, razılaşmaya görə, İŞİD döyüşçüləri və onların ailələrinin ölkənin cənubuna yollanması üçün təhlükəsiz keçid təmin ediləcək. SDS-nin nümayəndəsi hər hansı razılaşmanın mövcudluğunu inkar edib.

Lakin mayın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan RYD-nin silahlı qanadı. SDS-nin əsasını təşkil edir – red.) İŞİD-ə Rakka mövzusunda razılaşdığını bildirib. Onun sözlərinə görə, razılaşmaya əsasən, İŞİD terrorçularının Rakkadan çıxmaları üçün dəhliz açılıb.

“Müdafiə Nazirliyimiz İŞİD-ə Rakkadan çıxmaq üçün dəhliz yaradılması barədə razılaşmanın olduğunu təsdiqləyir. Bu məlumat etibarlı mənbələrə söykənir. Bundan başqa, məlumatın yayıldığı vaxt İŞİD döyüşçüləri Rakkanı tərk edərək Palmira istiqamətində irəlilədilər. Rusiya ordusu İŞİD kolonunu vurdu və buna görə də Palmiraya çatmadılar”, - Rusiya xarici siyasət idarəsinin başçısı bildirib.

Rusiya xarici siyasət idarəsinin başçısı bununla da İsrail kəşfiyyatı MOSSAD-a yaxın olan “Debka” saytının iddiasını təsdiqləmiş olub. Saytın bir neçə gün əvvəl yazdığına görə, ABŞ Suriyada Rakka əməliyyatı öncəsi İŞİD-lə görüş keçirib. Sayt qeyd edir ki, Pentaqonun məqsədi Rakkanı döyüş olmadan xilas etməkdir. İŞİD döyüşçülərin yollandığı ünvan isə Palmira şəhəridir.

Moskva elan edib ki, Rakkadan çıxan bütün terrorçular Rusiya hərbi aviasiyasının hədəfi olacaq. Rusiya aviasiyası terrorçuların birinci kolonunu mayın 25-də məhv edib. Mayın 30-u gecəsi isə İŞİD terrorçuları Rakkadan bir neçə marşrut üzrə çıxıblar. İŞİD-in bu cəhdinin qarşısı da Rusiya qırıcıları tərəfindən alınıb və 80-dən çox terrorçu məhv edilib.

Bir sözlə, Moskva İŞİD döyüşçülərinin şəhərdən təhlükəsiz çıxışına zəmanət verən razılaşmanı yaxına buraxmaq istəmir. Bu, İŞİD-in Suriya səhrasında möhkəmlənməsinə gətirib çıxaracaq. İŞİD-in səhrada yayılması daha bir müharibəni doğuracaq. Amma ruslar səhrada vuruşmaq istəmirlər. Məlumdur ki, səhrada hərbi əməliyyatlarda qalib yoxdur. Bu, hökumət güclərinin İŞİD-lə mübarizəsində böyük itkilər verməsinə səbəb olardı. Beləliklə, İŞİD tərəflərin bir-birinin üstünə tulladığı “isti kartof” olub. Bütün bu məlumatlar deməyə əsas verir ki, Rakka regional və beynəlxalq güclər üçün oyun meydanı rolunda çıxış edir.

İŞİD-in isə çox vaxtı və variantı qalmayıb: Ya artıq uduzulmuş döyüşdə vuruşmaq, ya da səhraya tərəf təhlükəsiz keçid üzrə hərəkət etmək. Bundan başqa, onlar təşkilatın yeni qərargahının yaradılması üçün Suriya başqa rayonlarına və ya İraqın Əl-Anbar vilayətinə yollana bilərlər. İstənilən bölgü Rakkanın itiriləcəyi halda İŞİD-in konsentrasiyası üçün yeni ərazi olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm