Dünya
Serbiya və Bosniyada fövqəladə vəziyyət
Serbiya və Bosniyada son 120 ilin ən güclü daşqınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Serbiyada leysan yağışların səbəb olduğu daşqın nəticəsində artıq 2 nəfər ölüb.
Çaylar öz məcrasından çıxıb, şəhər və kəndləri su
basıb. Bəzi yaşayış məntəqələrinin ətraf aləmlə əlaqəsi kəsilib.
Yollar bağlanıb, elektrik enerjisi təchizatı dayandırılıb. Yüzlərlə
sakinin evakuasiya edilib. Təkcə paytaxt Belqradda son 40 saat
ərzində iki aylıq norma qədər yağıntı düşüb. Yüzlərlə avtomobil və
avtobus yollarda qalıb, iki əsas dəmiryolu da bağlanıb. Serbiyanın
Baş naziri Aleksandr Vuçiç kömək üçün Avropa Birliyinə və Rusiyaya
müraciət edib.
Bosniyada da çayların öz məcrasından çıxması
nəticəsində əsl xaos yaranıb. Paytaxt Sarayevo və Maqlaj
şəhərlərində küçələrin əksəriyyyətini su basıb. Meteoroloqlar
yağışlı havanın həftəsonuna kimi davam edəcəyini
proqnozlaşdırırlar./anspress
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar