Parisdə TERROR HƏYƏCANI: kilsə mühasirəyə alındı - - FOTO
Bizi izləyin

Dünya

Parisdə TERROR HƏYƏCANI: kilsə mühasirəyə alındı - - FOTO

Parisdə yerləşən Notr-Dam kilsəsi önündə Əlcəzair əsilli Fransa vətəndaşı polisə hücum edib.

Publika.az xəbər verir ki, terrorçu "bu, Suriya üçün" deyərək polisi çəkiclə döyüb. Terrorçu digər polis əməkdaşları tərəfindən hadisə yerində öldürülüb.

İçərisində 900 nəfərin olduğu kilsə mühasirəyə alınıb. Polis daha bir terrorçunun ola biləcəyi riskini aradan qaldırmaq üçün kilsəyə daxil olub.

Fransada artıq bir ilə yaxındır ki, fövqəladə vəziyyət elan edilib. Ən kiçik hadisədə belə əsgərlər küçələrə axışır.

Fransanın Daxili İşlər Naziri Cerar Collomb baş verənlərlə bağlı açıqlamasında terrorla mübarizənin Fransa prezidenti Emmanuel Makronun ən əsas prioriteti olduğunu bildirib.

Könül Cəfərli

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm