Putin və Tramp arasında MƏXFİ GÖRÜŞ: Bu ölkə bölünür
Bizi izləyin

Dünya

Putin və Tramp arasında MƏXFİ GÖRÜŞ: Bu ölkə bölünür

Rusiya və ABŞ-ın nümayəndələri ən azı iki dəfə gizli görüş keçiriblər.

Publika.az
xəbər verir ki, bu haqda “Wall Street Journal” nəşri şəxsi mənbələrə istinadən məlumat verib.

Görüşlərdə Suriyada yaradılması planlaşdırılan təhlükəsizlik zonaları müzakirə olunub. Qəzetin mənbələrinin məlumatına görə, görüşlər İordaniyada keçirilib, müzakirələrdə İordaniya hakimiyyətinin nümayəndələri də iştirak edib. Amerika nəşri qeyd edir ki, daha bir görüş bu həftə Omanda keçirilməli idi, ancaq vaxtın uyğunlaşdırılmasında çətinliklərə görə ləğv edildi.

Mənbələr bildirir ki, Vaşinqton və Dəməşq arasında artan gərginlik Rusiya və ABŞ arasında növbəti danışıqların keçirilməsini mümkünsüz edə bilər.

Nəşrin həmsöhbətləri vurğulayırlar ki, təhlükəsizlik zonaları öz effektivliyini sübut edərsə, Vaşinqton və Moskva təhlükəsizlik zonalarının sayının artırılması üzrə razılaşa bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm