Meksikada 7 bal gücündə zəlzələ: Sunami həyəcanı
Bizi izləyin

Dünya

Meksikada 7 bal gücündə zəlzələ: Sunami həyəcanı

Çiapas ştatında baş verən zəlzələnin dərinliyi 115 kilometr olub.

Meksikanın cənub-qərbində, Sakit okeanda qeydə alınan zəlzələdən sonra sunami həyəcanı verilib.

Publika.az xəbər verir ki, Amerika Geoloji Araşdırma Mərkəzindın verilən məlumata görə, Meksikanın Çiapas ştatında baş verən zəlzələnin dərinliyi 115 kilometr olub.

Zəlzələnin ardından sunami ehtimalına dair verilən məlumat araşdırma mərkəzi tərəfindən təsdiqlənməyib.

Böyük zəlzələdən sonra Sakit Okeanın mərkəzinə doğru 5.1 bal gücündə, dərinliyi 38 və 44 kilometrə çatan iki zəlzələ daha baş verib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm