Amerikalı konqresmen atışmada yaralandı - SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Amerikalı konqresmen atışmada yaralandı - SON DƏQİQƏ

Yaralıların təxliyyəsi üçün hadisə yerinə vertolyotlar göndərilib.

ABŞ Konqresin üzvü Virciniya ştatında beysbol sahəsində atışmada yaralanıb.

Publika.az xəbər verir ki, bu haqda CBS telekanalı bildirib.

Yaralanan Konqres üzvü Stiv Skaliz Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatorudur. Atışmada daha 5 nəfər yaralanıb. İlkin məlumatlara görə, naməlum şəxslər 100-ə yaxın atəş açıblar. Atəş avtomatik silahlardan açılıb.

Məlumata görə, Skaliz və onun köməkçiləri beysbol meydançasında məşq edirlərmiş.

Yaralıların təxliyyəsi üçün hadisə yerinə vertolyotlar göndərilib.

Polis Konqres üzvünə atəş açan şəxsi saxlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm